BMT paneli Səudiyyə Ərəbistanını Yəməndəki hava hücümlarını dayandırmağa çağırıb

Hava hücumlarını dayandırmaq haqqında tövsiyyə BMT-nin Uşaq Haqqları Komitəsi tərəfindən ünvanlanıb. Məlumatlara görə, Səudiyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənə qarşı apardığı hava hücumları nəticəsində 2015-ci ilin martından indiyədək ən azı 1248 uşaq öldürülüb.

Səudiyyə nümayəndələrinin sözlərinə görə, koalisiya “uşaq itkisinə görə təsadüfi məsuliyyət” daşıyır, komitənin hesabatında qeyd olunub. Komitə münaqişənin gedişində əsas qurbanların uşaqlar olması və onların hava hücumları nəticəsində ölən bütün mülki vətəndaşların 20%-ni təşkil etməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.

BMT hesabatında önə çıxan avqust ayı  hava hücumları (9, 22, 23 avqust) arasında beynəlxalq aləmdə müstəsna narazılığa səbəb olan ilk hücumdur. Bu hücum zamanı 21 məktəbli oğlan uşağı səyahət etdikləri avtobusa  Saada qubernatorluğunun Dahyan bazarında endirilən zərbə nəticəsində dünyasını dəyişib.

BMT paneli münaqişədə iştirak edən bütün tərəflərin mülki vətəndaşlara edilən hücumlarda məsuliyyət daşıdığını deyib, hədəflər arasında evlər, tibb mərkəzləri, məktəblər, fermalar, toy mərasimləri, bazarlar olduğunu vurğulayıb.

Panel başqa bir narahatığının isə uşaqlara və onların tez-tez getdiyi yerlərə edilən hücumlarla bağlı koalisiyanın apardığı istintaq mexanizmlərinin səmərəsizliyi olduğunu qeyd edib.

mənbə: UN news

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s